76
İnsan doğulanda yumşaq və incədir,
Öləndə isə bərk və möhkəm olur.
Min cür cisim – bitkilər belə – yaşadıqca yumşaq və kövrəkdir,
Öləndə isə qurumuş və solmuş olur.
Buna görə, güc və sərtlik ölümün yoldaşlarıdır,
Yumşaqlıq və incəlik isə – həyatın yoldaşlarıdır.
Ordusunun gücünə güvənən qalib gəlməz,
Möhkəm ağacın taxtası da hamıya lazım.
Möhkəm və böyük olan alçalır,
Yumşaq və incə isə – yüksəlir.