75
Millət acdırsa, deməli onun başçıları ərzaq vergisini qaldırıb –
Budur acdıq.
Milləti nizama gətirmək çətindirsə, deməli onun başçıları çoxlu vəd verir –
Budur idarəetmənin çətinliyi.
Millət ölümə etina etmirsə, deməli tamamilə çörəkpulu qazanmağa həsr edib özünü –
Budur ölümə etina etməmək.
Buna görə müdrük ol!
Dolanışı hər şeydən yüksək tutmaqdan isə
Tamamilə çörəkpulusuz qalmaq yaxşıdır.