77
Göylər Yolu yaya çəkilmiş ipə bənzər:
Yuxarıdakı ucunu aşağı endirir,
Aşağıdakını isə yuxarı qaldırır.
Artıq olan yerdə azaldar,
Kəsir olan yerdə artırar.
Göylər Yolu –
artığın üstündən almaq və kəsirin üstünə gəlməkdir.
İnsanların yolu isə əksinə –
Qıtliğı olandan alıb, artığı olana bəxşiş etməkdir.
Artığlığını bütün dünyaya bəxş etməyi kim bacarar?
Ancaq Yol adamı.
Buna görə Arif Aqil
Nə etsə də yapdığından yapışmır,
Şərəfi-nailiyyətində əylənmir,
Məharətini gözəçapdırmaq istəmir.