66
Çay və dəniz ona görə dağlardan yüzlərlə axan sellərin ağasıdır ki,
Yeri əcəb aşağıdır – ona görə dağlardan yüzlərlə axan sellərin ağasıdır.
Buna görə Arif Aqil
İnsanlardan üstün olmaq istəsə – böyük-böyük danışmamalıdır,
İnsanların öndəri olmaq istəsə – özünü axırıncı hesab etməlidir.
Onda,
Arif Aqil insanların üstündə olsa da belə – onlara ağır olmaz,
Arif Aqil insanların qabağında getsə də belə – onlara ağır gəlməz.
Buna görə də, hamı ona hörmət etməyə şaddır və bundan çəkinmir.
O mübahisə etmir, buna görə də dünyada onun rəqibi yoxdur.