65
Qədim zəmanənin Yol ustadlarının niyyəti
İnsanları maarifləndirmək deyil -
Onları sadə və ürəyiaçıq etmək idi.
İnsanların məlumatı çox olanda onları idarə etmək çətindir.
Buna görə də,
Ölkəni çoxlu məlumat vasitəsi ilə idarə edən – ölkənin oğrusudur,
Ölkəni çoxlu məlumat işlətmədən idarə edən – ölkənin xoş bəxtidir.
Bunların ikisini də anlayan qayda-qanunu duyar.
Qayda-qanunu daima anlamaq qabiliyyətinə Kəramət deyərlər.
O Kəramət nəcə də dərindir, necə də uzaqlara yayılır!
Onun bütün cisimlərə qarşı olduğuna baxmayaraq,
Onlar ona təslim olur və böyük ahəng tapır.