67
Hamı deyir ki, Yolum böyükdür, amma onun elə bil faydası yoxdur.
Aydın məsələdir – böyükdür, ona görə də faydası yoxdur.
Faydası bəlli olsaydı – çoxdan üzülərdi!
Üç sərvət-dəyərim var – onları saxlayıb qoruyuram,
Birincisi – eşqi-nəzakət,
İkincisi – qənaət,
Üçüncüsü – hamıdan birinci olmağa cürət etməməyim.
Eşqi-nəzakəti olanın cəsarəti də olar;
Qənaəti olanın səxavəti də olar;
Hamıdan birinci olmağa cürət etməyən – ustad olar, hörmət qazanar.
İndiki camaat eşqi-nəzakəti buraxıb cəsarətli olmaq istəyir;
Qənaəti buraxıb səxavətli olmaq istəyir;
Arxa olmağı buraxıb öndə olmaq istəyir;
Ölərsiniz axı!
Eşqi-nəzakətli bir kəs
Hücumda da qalib gəlir,
Müdafiədə də tükənməzdir.
Göylərin qəyyumluğu altinda,
Onu eşqi-nəzakət qoruyur.