57
Düz olaraq dövləti idarə edərlər,
Bic olaraq müharibələr apararlar,
Biəməl olaraq aləmə yiyələnərlər.
Hardan bilirəm bunu?
Ondan ki,
Ölkədə nə gədər çox şeylər qadağan edilirsə, xalq bir o gədər kasıblaşır;
Camaatın mənfəət üsulları nə gədər çoxalırsa, üsyan bir o gədər yaxınlaşır;
Camaatın qabiliyyəti nə gədər artırsa, bir o gədər əcaib şeylər çoxalır;
Ölkədə əmr-qanunlar nə gədər çoxalırsa, oğru-quldur sayi bir o gədər artır.
Buna görə Arif Aqil deyir:
Mən biəməl oluram, camaat isə öz-başına dolanır,
Mən sakit oluram, camaat isə öz-başına düzəlir,
Mən asudə oluram, camaat isə öz-başına dövlətlənir,
Mən qərəzsiz oluram, camaat isə öz-başına səmimiləşir.