58
Hökümət bitərəf və biganə olanda, xalq tox və ürəyiaçıq olur.
Hökümət hər yerə nəzarət edəndə, xalq ac və hiyləgər olur.
Bədbəxtlik – budur xoşbətliyin bünövrəsi,
Xoşbəxtlik – budur bədbəxtliyin mənbəyi.
Hanı bunların həddi-hüdudu?
Bunlar düzələn şey deyil.
Düzlük bunlara qeyri-adi gəlir,
Yaxşılıq bunlara qəribə gəlir.
İnsanlar azıb-çaşıb,
Özü də möhkəm və çoxdan.
Buna görə Arif Aqil düp-bə-düzdür amma ülgülənməmişdir,
Düzgündür amma heç kəsi incitmir,
Düzqəlblidir amma özbaşınalıq etmir,
Nur saçır amma göz qamaşdırmır.