56
Bilən – söyləməz,
Söyləyən – bilməz.
O boşluğunu ört,
O qapılarını bağla,
O kəskinliyini poz,
O dolaşıqlığını həll et,
O şəfəqini azalt,
O toza bənzə,
Onda deyərlər “sirrə qovuşub”.
Çünki
Ona çatıb Ona qohum ola bilməzsən,
Ona çatıb Ona özgə ola bilməzsən;
Ona çatıb Ona xeyir gətirə bilməzsən,
Ona çatıb Ona ziyan vura bilməzsən;
Ona çatıb Ona ehtiram edə bilməzsən,
Ona çatıb Onu təhqir edə bilməzsən.
Buna görə aləmdə O belə dəyərlidir.