31
Ordu-silahların ən gözəli, ən yaxşısı belə -
qorxu və dərd-qəmin bir alətidir
Ona hər bir bəndə nifrət edər
Yol adamı isə heç istəməz onu alsın ələ
Əsil adam hörmət edər barışığa, sülhə
Digər çıxış olmazsa, yalnız, əl atar cəngə
Əsil adam silahları alət bilməz
Onlar qorxu və dərd-qəmin bir alətidir
Ehtirassız sükut üstündür hər şeydən
Və qələbə olsa da fəxr edək nədən?
Bir çox bəndələrin ölümünə mi sevinək?
Ölümə şad olar yalnız ruhsuz bədən
Qələbədən sonra yürüş-mərasimdə
Sərkərdəni aparar qoşun əllərdə
Eynən ölüləri aparar ailələr
Yas yerindən yürüyəndə dəfnə
Minlər qırılanda necə olmasın qəm-kədər
Buna görə zəfər mərasimi yasa
bənzər