30
Haqq Yolunu gedən xidmət edər adamlara, İnsana.
Silah və gücünü işlətmədən təsir edər hər yana.
Çünki hər bir təsir tarazlanır uyğun cavab taparaq
Xarabalıq, tikan cəngəlliyi – cəngin izidir
Yoxsul illər – böyük orduların mütləq izidir
Əsil qalib zora heç ehtiyac duymaz – çəkinər
Qələbəni öyünmədən qəbul edər
Hücum etməz, cəngsiz qalib gələr
Tükəndirməz, üzməz – qalib gələr
Qalib gələr ki, ehtiyac duymaz – çəkinər
Bir kəs yetkin olaraq üzülürsə – o Yolunda deyil,
Yolunda deyilsə – demək sona yaxındır.