29
Cəhd ilə, zor ilə, əməl ilə, təsir ilə Göyün altındakı aləmi fəth edib
ona istədiyi kimi hökm etməyə səy edən
müvəffəq olmaz – aydın görürəm bunu.
Həqiqət – Ruhun Sirləri ilə dolu müqəddəs bir piyalədir
Ona heç bir təsir yol verilməzdir
Ona hökm etmək istəyən – məhkum olar
Ona sahib olmaq istəyən – onu itirər
Halların axını dəyişkəndir
Gah öndəsən, gah arxada
Gah yanırsan, gah buzlayırsan
Gah qüvvətlisən, gah da zəif
Gah yaradırsan, gah da dağıdırsan
Buna görə Arif Aqil
Artığı istəməz
İfratlardan çəkinər
Çoxluqdan uzaqlaşar