Kişilik sərtliyini duyub qadınlıq incəliyini gözləyən
Bənzər Göyün altındakı bütün çayları birləşdirən dəryaya
Dəryaya bənzəyəni Kəramət tərk etməz
Tərk etməzsə bir kəsi Kəramət, qaytarar o kəsi uşaq halına
Nurunu duyub zülmətini gözləyən
Olar Göyün altındakı bütün varlığın örnək-ölçüsü
Göyün altındakı bütün varlığın örnək-ölçüsü olanı Kəramət qüsursuz saxlar
Bir kəsi Kəramət qüsursuz saxlarsa, qaytarar o kəsi hədsizliyə
Ağ gününü görüb qara gününə şükür edən
Bənzər Göyün altındakı ucsuz və bucaqsız bir dərəyə
Dəryaya bəzəyən Kəramət ilə dolu olduğuna qane olar
Kəramət ilə dolu olduğuna qane olan qayıdar ilk yonulmamış halına
Yonulmamış təbiət şaxələnərək yayılır və Kəraməti yayır
Budur Arif Aqilin qüdrətinin mənbəyi.
Bundan da Haqqın hökmü zor etməz və qabağı alınmazdır