Kamil yolçu yolda nə iz görər nə də ki iz qoyar tapılası
Kamil natiq nə duruxmaz nə də ki suala bir yer saxlar veriləsi
Haqq-hesabı kamil edən çötkə-rəqəm bilməz
Kamil bir plan düzən qəti planlaşdırmaz
Bir qapını bir kəs kamil bilirsə qapada –
o qapıda olmaz kilid, qıfıl-cəftə,
məhz qapalıdırsa – heç açılmaz onda
Və bir bağlamanı kamil düyünləyə bilsə –
onu bağsız elə düyünləyər ki, məhz
onu bir şey saxlamasa da açılmaz
Buna görə Arif Aqil kamilliyi yetişdirərək
Hər kəsi bəsləyir, və heç kəsdən döndərmir üzünü
Hər şeyi bəsləyir, və heç nədən döndərmir üzünü
Buna deyirlər “dərinlikdən saçan nur”
Lakin
Başqasını təkmilləşdirmək istəyənin öyüd-nəsihəti xeyir gətirməz
Əsl yardımçı ola bilənin iltifat etmək niyyəti olmaz
Öz öyüd-nəsihətini qiymətli bilmə
Malik olduğunun qədrini bilmə
Çünki bilik – böyük yanılmadır
Budur Sirli Həqiqət qurşağı