32
Əbədi Haqq Yolu adlanılmazdır, dəyişməzdir
Heç bir şeyə Onun yoxudur nisbəti
Yalnız Özü-Özünə müadildir.
Alilər Ona əməl-riayət edirsə
Bütün varlıqlar Ona təslim və tabe olur
Yer-Göy Ona köklənərək şəbnəm yetirir
İnsanlar bir kəsin göstərişi ilə yox –
Təbii olaraq sülh tapır
İdarəetmə isə fərqləndirməni tələb edir
Bundan adlar və sözlər çoxluğu əmələ gəlir
Sözün ağası sözlərin hüdudunu tanıyır
Buna görə də dərd-bəladan uzaqdır
Çünki yolayrıcılar çox olsa da Yol birdir
Axınlar çox olsa da axırları dənizdir