3
Qabiliyyətlilər sayılmazsa – eldə mübahisə və rəqabət olmaz.
Cavahiratın dəyəri olmazsa – eldə oğruluq olmaz.
Ehtiras doğuran şeylər görünməzsə - qəlblər çaxnaşmaz.
Buna görə Arif Aqilin qaydası budur ki,
Ürək boş olmalı, qarın isə dolu;
Şövq olmalı zəif, özək isə möhkəm.
İstək az olmalı – naşükürlük olmasın,
Bilik az olmalı – narahatçılıq olmasın.
Biliyi çox olanlar isə fəaliyyətdən kənar qalmalıdır, çünki
Biəməllik ahəng eylər.