4
Haqq Yolunun içi Yox-dur, lakin bu üzdən hər bir şey Var və varlığını aşmır
Onun səthi yox – ülgünün tiyə xətti kimi incə və zərifdir – lakin özü bütün səthlərin səbəbidir
Dəryalar Dəryasından də dərin – o bütün varlıqların Ulu Cəddinə bənzər
Kəskinliyini azalt
Şəfəqini boğ
Xüsusiyyətlərini tarazla
Necə də sakit və aydındır o ali Yol
Bilmirəm nədən əmələ gəlib, bilirəm ki Ululardan da uludur