2
Hamı gözəlliyin gözəlliyini dərk edib – ona görə də eybəcərlik peyda oldu
Hamı xeyirin xeyirli olduğunu dərk edib – ona görə də şər peyda oldu
Çünki
Varlıq ilə Yoxluq bir-birini törədir
Çətin və Asan biri-birinə gətirib çıxarır
Uzun və Qısa biri-birilə tutuşdurulur
Hündür və Alçaq bir-birini təyin edir
Səslər bir-birlə həmahəng olur
Əvvəl və Axır bir-birini növbələyir
Buna görə Arif Aqil iş görəndə biəməldir, öyüd verəndə dinməzdir
Məşğul olduqda iştirak etmir
Yaratdığına yiyəlik etmir
Hərəkət edəndə cəhd etmir
Zəhmətini məqsədə yönəltmir
Nəticələrlə fəxr edə-edə vaxtını itirmir
© Cavad Əfəndi, 2008 - 2012.