22
Qədim bir söz var:
Hissə mislidir bütövün – (hissə olsa da yenə də bütövdür)
Əyri yalan də yalnız düzlüyün mislidir
Boşluq boşluq ilə doludur
Sökmək də tikməyin bir üsuludur
Az-az irəliləyən çox bir şeyə çatar
Çoxluq üçün qaçan əlbət azar
Buna görə Arif Aqil bu vəhdəti duyaraq qəlbən
Bənzər Göynən Yerin arasında çobana
Görünmür adətən, lakin özü aydın itigörəndir,
Bildirmir haqqını – buna görə haqlıdır
Axtarmır şöhrəti və zəhməti qəbuldur
Deyil məğrur – buna görə başdadır
Bir şeyə deyil zidd – bununla yenilməzdir
Deyil boş söz o qədimi kəlmə:
“Mislidir bütövün hissə”.
Bütöv olan bunu kamil bilər.