23
Sükut labüddür, təbiidir – sözün hüdudu var bəlli
Bütün günü çəkməz əlbət səhərin şiddətli yeli
Leysan da ki əlbət yağmaz sonsuz olaraq şimşəkli
Budur Yer-Göyün hallarının qaydası
Və əgər Yer-Göydəki şiddətlər uzun çəkmir
Haradan olsun insanda o hey?
Buna görə, insan Yola xidmət edərək
Yolunu getsə – Yol ilə bir olar
Təmiz qəlbi ilə Kəraməti duysa – Kəramət ilə bir olar
İtirsə – itirdiyi ilə bir olar
Yol ilə bir olan isə Yolu tapar
Kəramət ilə bir olan isə Kəramət tapar
İtirdiyi ilə bir olan isə itirdiyini tapar
İnam kifayət deyil ki,
Sübut-dəlil də yoxdur.