21
Dərkedilməzdir Kəramət – hər səthin altı, hər şeyin içidir.
Haqq Yoludur onun mənbəyi də məcrası da.
Yolun isə özündən nə demək mümkündür ki?
Yolun mübhəm özəyində surəti var hər şeyin
Onun qeyri-müəyyənliyində bütün məna-mahiyyətlər var
Onun inanılmaz zülmətində hər varlığın toxum-mayası var
Hər toxumun əsli isə – Ali Həqiqət, Haqq
Qədimdən indiyə kimi də onun Adı daimidir,
Ondan dərk edilir saysız halların dəyişilməsi.
Haradan duydum indi saysız halların dəyişilməsini?
Buradan.