Hörmətlə nifrətin arasında böyükmü fərq var?
Şərlə Xeyiri ayırd etmək mümkündürmü asanca?
Ölüm və təklikdən hamı qorxur, lakin onlar labüd müqəddəratdır.
Həqiqətən isə tarazsızlıq, şübhə dəryası qat-qat dəhşətlidir.
Ey izdiham, kefdəsən şənlikdəsən,
elə bil ki Novruz gəlib ya qurban bayramıdır
Tək mənəm süst, sakit – elə bil heç doğulmayıb arzum.
Bənzərəm gülməyə öyrənməmiş hələ körpəyə.
Məyus olmuş bikəs, səfil sərsəriyə oxşaram –
nə çatası məqsəd, nə dönəsi yerim var.
Hamının arzusu – bolluqdur, arzusu da bol
Mən isə aldığımı həmən paylayıb saçıram
Qəlbim – dəli qəlbidir, mən sə divanə
Dünya əhli üçün dünya aydın aşkardır
Mən sə fağır, avam və aləmim torandır
Dünya əhli təcrübəlidir, maraqlıdır
Mən sə ancaq laqeyd, təfavütsüzəm
Bir lal axın kimi sakit,
küləyin əsməsi kimi hədsizəm
Hərənin peşəsi, işi, bir sahəsi var
Tək mən sahələrin sərhədində tam faydasızam
Başqalardan tək mən fərqli olsam da lakin
Hər cür (kobud, zərif) qida yetişdirən
Dayə, Ana Təbiətin ağuşundan çıxmazam