19
Əllaməlik eləmə – fayda-xeyrin yüz dəfə artar
Mürüvvət və ədaləti hər şeydən yüksək bilmə – onda duyarsan övlad hörmətini, və ata-ana sevgisini.
Məharəti, fərasəti varlanmağın yolu bilmə – amandır bu yol – axırı oğruluq, canilikdir.
Elm, mürüvvət, fərasət – bu adlar yenidir, lakin üçü də hərislik üfunətini ört-basdır edə bilmir istəsə də.
Hayıf deyil qədim Yol?
Sadə ol, təbii – bununla mənliyini və ehtiraslarını rəf edərsən.
Bildiyini unut – dərddən-kədərdən uzaq olarsan.