Görmək tək baxmaq deyil – daxilən dinc olub ətrafa qovuşmaq deməkdir.
Eşitmək tək qulaq asmaq deyil – daxilən sakit və boş qalmaq deməkdir.
Mənimsəmək tək ani anlamaq deyil – zərrə bə zərrə, elə bil özündən gizlin, dərk edib qəbul etmək deməkdir.
Bu üç qaydanın nəticəsi onların kökü ilə birdir – Vahiddir
Nədir ki o Vahid Həqiqət?
Zirvəsi nur tanımır
Dibi deyil zülmət
Sezilməz hərəkəti, lakin ani olsa da belə dayanmır əbədi
Adlanılmazdır və hər an yenə də Yoxluğa qayıdır
Buna deyərəm: formasızlıq forması, vücudsuz vücud
Bu surətə deyərəm: mübhəm və qeyri müəyyən
Rastlaşıram Onunla, lakin Üzünü görmürəm
Təqib edirəm – lakin Kürəyini görmürəm
Qədim bu Yoldan bərk tutsan
Gərçəyin açarsan tam sirrini
Varlığın duyarsan mənbəyini
Buna deyərlər Haqq Yolun özülü