13
Şərəf, rüsvay – bir lərzədir bunlar.
Ad-san – bir bəladır həyatda.
Niyə şərəf də rüsvay da bir lərzədir?
Çünki onlardan asılı olursan:
Şərəfi qorxursan ki qazanmazsan,
Qazandın da – qorxursan ki itirərsən.
Buna görə şərəf və rüsvay – bir lərzədir.
Niyə bəs ad-san bir bəladır?
Çünki bədəndə olduğumuzdan özümüzün üstündə yaman əsirik.
Özümüzü əsirgəməsək nə bəlamız ola bilir ki?
Bu üzdən:
Bəşəriyyətə xidmətdə özünü əsirgəməyənə Bəşəriyyət də güvənər.