15
Yol əhlinin qədim ustadları elə incə və zərif ərəfələrə çatmışdır ki,
Onların bildiklərinin dərinliyi başqaları üçün qaranlıq – bilinməz idi.
Daxili bilinməzdirsə – zahirinin təsviri ilə eyham edərəm:
Qışda çayı keçənlər kimi – diqqətli
Dörd yandan təhlükə ilə dövrələnmişlər kimi – ehtiyatlı
Evin sahibi ilə üzləşən qonaq kimi – təmkinli, ədəb-ərkanlı
Yazda gölün üzündə əriyib-gedən buz kimi – görkəmsiz
İşlənməmiş girdin kimi – sadə
Vadi kimi – açıq
Sel suyu kimi – tutqun
Tutqun idilər, lakin sükutları ilə aydınlıq gətirərdilər
Biəməl idilər, lakin əbədi dövranı yönərək həyatı bəsləyərdilər
Bu yolu qorumaqla kifayətlənərdilər – əlavə istəməzdilər və etməzdirlər.
Elə qorunan köhnələr, amma
üzülməz.