62


Yol – hər bir cisimin sirli mahiyyətidir.

 

Saf insanınki – sirrlər xəzinəsidir,

Yaman insanınki – sığınacaqdır.

 

Tərif etməklə – ticarət etmək olur ,

Ehtiram göstərməklə – ucalmaq olur.

İnsanlarda olan yamanlığdan bəs,

Nə edib qurtula bilərsən?

 

Buna görə Göylər Oğlu taxta çıxsa da,

Üç nazir təyin etsə də,

Ən böyük xəzinə sahibi olsa da,

Dörd atlı qoşum ilə getsə də belə,

Dizləri üstə oturub bu Yolda kamilləşənlərlə ayaqlaşa bilməz.

 

Nə səbəbə görə bu Yol qədimdən belə əziz və dəyərlidir?

Demirlər bəs: axtaran – tapar, tövbə edən – bağışlanar?

 

Buna görə dünyada O ali dəyərdir.

<<                                                                                                                                        >> 

Make a free website with Yola