Rəvayət edirlər ki, günlərin bir günü qoca Lao Tzu ölümün nəfəsini hiss edib, və heç kəsə dinməyib uzaqda görsənən dağlara tərəf yola düşdü. 

Çou dövlətinə xidmət edən sərhədçi qocanı görüb onu tanıdı və onun hara və nə üçün getdiyini hiss etdi. 

Sərhədçi nə isə bir bəhanə edib Lao Tzu-nu donuz tövləsinə salır və deyir ki, qoca Dao (yəni Yol) haqqında bildiklərini yazıb ona verməyənə dək elə o tövlədə də qalacaq. 

Çarəsi olmayan Lao Tzu 81 şerdən ibarət olan kitabı yazıb. Bizim dilə mümkün olan tərcümələrinin birində həmin kitabın ilk sözləri bunlar olub:


"Söz ilə ifa edilə bilən Dao həqiqi Dao deyil..."



 

© Cavad Əfəndi, 2008 - 2014.

Make a Free Website with Yola.