63


Əməl biəməllilikdədir,

Iş asudəlikdədir,

Ləzzət dadsızlıqdadır.

 

Böyüklük kiçiklikdədir,

Çoxluğ azlıqdadır,

Pisliyin haqqını kəramətlə verərlər.

 

Yüngül məsələlərədə belə ağırlıq gərəkdir,

Xırda işlərin belə böyük vacibliyini duymaq gərəkdir:

Ən ağır məsələlər yüngül məqamlardan ibarətdir,

Ən böyük işlər xırda incəliklərdən asılıdır.

Buna görə, Arif Aqil böyük işlərlə məşğul olmadan həqiqətən böyük iş görür.

 

Asanlıqla vəd verən etibar qazanmaz.

İşi çox asan bilən çoxlu çətinliklərlə üzləşər.

Buna görə Arif Aqil hər işi çətin bilir və heç çətinlik çəkmir.

<<                                                                                                                                >>

Make a free website with Yola