9
Qabı ağzına kimi doldursan – aparanda dağılacaq
Qab sızırsa – onu doldurmaqdansa qoy boşalsın
Bizin itiliyini dəqiqədə bir yoxlasan – kütləşər
Həddindən çox itiləsən – yeyilər, yoxa çıxar
Hədsiz var-dövləti qorumaq mümkün deyil
Rifahı ilə çox öyünənə salamat qalmaq mümkün deyil
İşini bitirib kənara çəkilmək – Haqq Yolu budur