8
Su bir örnəkdir Bərəkətin.
Bütün məxluqlara xeyir gətirər
Heç mübarizə etməz, özü üçün ən alçaq yer axtar
Onun bu qaydası Haqq Yoluna bənzər
Evin məziyyəti yaxşı yerdə durmaqdadır
Qəlbin – niyyətin dərinliyindədir
Ünsiyyətlərin – insanlıqdadır
Sözlərin – ixlasdadır
Hökmün – xeyri-nizamdadır
İşin – məharətdə
Hərəkətin – vaxtı-vaxtında olduğundadır
Özünü suya bənzədən yanlışlıq
etməz.