80
(Yaxşısı) xırda kənd, kiçik əhali.
Qoy min cür cihaz olsun – onları işlətməyə ehtiyac olmaz,
Qoy camaat ölümə ciddi yanaşsın – dünyasını dəyişməkdən çəkinən olmaz,
Qayiğ-araba olsa da – minib gedən olmaz,
Yaraq-əsləhə olsa da – qeyib göstərən olmaz.
Qoy camaat yenidən qayıtsın ip düyünlərinə – (yazı əvəzinə) onları işlətsin.
Həyatları ilə razı olarlar,
Pay-qismətləri ilə qane olarlar,
Ocaqları salamat olar,
Adətləri səadət olar.
Kənd qonşuları bir-birini görər,
İt-xoruz bir-birini eşidər,
İnsanlar qocalıb rəhmətə gedər,
Və heç kəsin onlarla işləri olmaz.