79
Saziş yaman işdir –
Nəticədə kiminsə acığı qalsa əgər.
Əmin-amanlıq olsun deyə bu işdə məharət gərəkdir.
Buna görə Arif Aqil sazişin öz tərəfini güdür,
Və digər tərəfin öhdəliklərini tələb etmir.
Kəramətli insan sazişi gözləyər,
Kəramətsiz insan – toplayacağını.
Göylər Yolu bitərəfdir,
Lakin mahir insan üçün hər zaman açıqdır.