61
O dövlət böyükdür ki, ən aşağıda axan çayın ayağına bənzər -
Bütün dünyanın axıb tökülən yerinə,
Bütün dünyanın dişisinə.
Dişi həmişə sakit olduğuna görə erkəyə üstün gəlir,
Çünki sakitlik bir növ özünü-alçaltmaqdır.
Buna görə də
Böyük dövlət özünü balaca ölkənin səviyyəsinə alçaldır və balaca ölkəni alır;
Balaca ölkə özünü böyük dövlətin qarşisinda alçaldır və böyük dövləti qəbul edir.
Belə ki,
Biri özünü alçaldaraq alır,
O biri isə özünü alçaldaraq qəbul edir.
Böyük dövlət ancaq istər başqaları birləşdirib-dolandırsın,
Balaca ölkə ancaq istər başqalarla birləşib xidmət etsin.
Bunların ikisi də istədiklərinə çata bilsin deyə
Böyük özünü alçaltmalıdır.