60
Böyük məmləkəti idarə etmək xırda balıqları bişirmək kimidir.
Dövlətə Yol nəsib olsa cinnlər kəramətini göstərməz;
Demək deyil ki, cinnlər kəramətini heç göstərəməz, ancaq o kəramət insanları incitməz;
Demək deyil ki, kəramət insanları heç incitəməz, ancaq Arif Aqil də onları incitməz.
Bu ikisi bir-birini incitmiyəndə kəramətləri qovuşur və sakitləşir.