53
Əgər mən yəqin biliyin carını eşitsəydim,
Çıxardım Ulu Yola və
Yalnız yoldan çıxmaqdan qorxardım.
Ulu Yol düp-bə-düzdür,
Amma camaat cığırlarda dolanır.
Saray cah-calal ilə bəzəkli,
Tarlaları isə alaq basıb,
Anbarlar tam boş...
Naxışlı xələtlər geymək
Iti qılıncı kəmərə asmaq
Yeyib-içməkdə, var-dövlətdə
Israfçılıq etmək...
Buna deyərlər – yolkəsərliklə öyünmək,
Bu yəqin Yol-suzluqdur!