52
Dünyanın bir başlanğıcı var,
O başlanğıc - dünyanın Anasıdır.
Madam ki, anasından xəbərin oldu –
onun uşağını daha yaxşı tanıyarsan.
Madam ki, uşağını tanıdın –
onun anasını daha da yaxşı gözləyərsən,
və canını üzmədən xətərsiz yaşayarsan.
Tamahını kəs (ağzını yum), nəfsini saxla (nəfəsini idarə et) –
Ömrünün axırına kimi yorulmazsan.
Tamahına bax (ağzıaçıq), iş-gücünə giriş –
Ömründə canını qurtara bilməzsən.
Incəliklər görünürsə – deməli aydınlıq var,
Zəriflik qorunursa – deməli qüdrət var.
Bu bilikdən faydalanan, aydınlığa çıxıb,
canının dərd-bəlasını tam yox edər.
Sabitliyə yiyələnmək üsulu
budur.