72
Hakimiyyət ixtiyarının həddini aşanda
insanlar ondan daha qorxmur.
Evlərinin içinə burnunu soxma,
Onların doğmalarına ziyan yetirmə.
Çünki, insana ziyan yetirməzsən,
O da ziyan yetirənlərdən olmaz.
Buna görə,
Arif Aqil özünü göstərmir – özünü dərk edir,
Özünə qiymət qoymur – özünə hörmət edir.
Beləliklə birini rədd edib o birinə nail olur.