69
Mahir sərkərdələr belə deyir:
“Vəziyyətin yiyəsi (hücum edən) olmağa cürət etmərəm –
qonaq (müdafiə edən) olsam ondan yaxşıdır.
Xırdaca olsa da irəlləməyə cürət etmərəm –
Bir addım geri çəkilsəm ondan yaxşıdır.”
Buna deyərlər
İrəlləmədən irəlləmək,
Əlsiz tutub-saxlamaq,
Düşmən olmayan yerdə onu yıxmaq –
Ordu işlətmədən mühasirəyə alaraq.
Ən böyük fəlakət – rəqibə nifrət edib ona düz qiymət verməməkdir.
Rəqibinə nifrət edən mənim sərvət-dəyərlərimi məhv edib itirir.
Buna görə
Ordular döyüşə hazır halda üz-üzə qarşılaşırsa,
Yalnız o anın matəmini duyan qalıb gəlir.