50
Doğmaq – həyata aiddir,
Batmaq isə – ölümə.
On nəfərdən
üçü – doğulur
üçü – batır
üçü isə – həyatdan ötrü çapalasa da ölüm yerinə yaxınlaşır.
Niyə belə? Çünki yaşamağa yaman can atırlar.
Birinin də haqqında eşitməşəm ki,
Dövri-həyatı tam qavrayan o
Səfərdə kərgədanın və pələngin qorxusundan qaçmır
Döyüşdə düşmən qorxusundan yaraq-əsləhə qeyinmir
Kərgədan buynuzunu batıra bildiyi bir yeri tapmaz
Pələng dırnaqlarını batıra bildiyi bir yeri tapmaz
Silah ucunu batıra bildiyi bir yeri tapmaz
Niyə belə?
Çünki onun öləsi yeri qalmayıb.