46
Dünyada hər şey Yolundadırsa
Yəhərlənməmiş atlar çəmənləri gübrələyir
Dünya Yolunu itirəndə
Cəng arabalarına qoşulmuş atlar civarda çapır
Ən yaman şər – şöhrətpərəstlikdir
Ən acınacaqlı safalət - naşükürlükdür
Ən acı cinayət – tamahkarlıqdır
Həqiqətən,
Kim qədərini bilər və kifayətlənər
O adama həmişə yetərincə yetər