44
Adın və şərəfindir mi daha əziz ya həyatın, mahiyyətin ozü?
Varlıq ya varlılıq – hansı dəyərə yapışmaqdır seçimin düzü?
Daha ağırdır mı qazanc uğrunda çəkilən zəhmət
və ya itki kədəri, zərərin qara üzü?
Həqiqətən,
Ad-şərəfi seçən daha çox xərc edər
Var-dövləti güdən – daha çox itirər
Şükür edən isə üzüqara olmaz
Hədd-qədəri bilənin bəxti bəd olmaz
Ömrü uzun olar, əndişəsi olmaz