Əsl xadim Yol haqqında eşıdərək cidd-cəhd edər və Yola düşər.
Adi adam Yol haqqında eşıdərək gah çalışar, gah unutar.
Axmaq isə Yol haqqında eşıdərək qəhqəhə çəkir.
Amma heç gülməyəndən də Yol adamı şıxmaz.
Buna görə natiqlər cümlələri belə qoşublar:
Yolun aydınlığı bir qaranlığa bənzər,
Yolda irəlləyiş bir qeriyə addıma bənzər,
Yolun ən rahat yeri çətin bir ilişiyə bənzər,
Bərəkətin yüksək zirvələri boş bir dərəyə bənzər,
Böyük saflıq bir küfr ya biabırçılığa bənzər,
Bərəkətdən bolluq – kəsir, kasıbçılığa bənzər,
Bərəkəti yaymaq bir alçaqlıq ya oğruluğa bənzər,
Əsil bir həqiqət fani yalana bənzər,
Ən böyük sahənin sərhədi yoxdur,
Ən böyük istedadın faydası yoxdur,
Ən böyük səsi qulaq eşitməz,
Ən böyük gözəllik gözə görsənməz,
Yol gizlindir və sözlərin (adların) xaricindədir,
Lakin hər bir şeyi O bitirir.