Əzəldən hərə tək sadə bir şeydən ötrü çalışır-vuruşur:
Göy çalışır təki tam aydın və təmiz olsun.
Yer çalışır təki tam sakit və sabit olsun.
Ruhlar çalışır təki sehrli quvvələri tam olsun.
Dərə-vadilər çalışır təki münbitlik və bolluq olsun.
Canlılar çalışır təki doğulsun, yaşasın.
Alilər çalışır təki Yer ilə Göyün arasında tam haqq-ədalət olsun.
Çünki sadəlik, vəhidlik, bütövlük və tamamlıq birdir.
Aydınlıq və təmizlik olmazsa Göy qarışmaq təhlükəsindədir
Sükut və sabitlik olmazsa Yer dağılmaq təhlükəsindədir
Sehrli quvvələri olmazsa ruhlar sovrulmaq təhlükəsindədir
Münbitlik və bolluq olmazsa dərə-vadilər biyaban olmaq təhlükəsindədir
Doğum-artım olmazsa canlılar qırılmaq təhlükəsindədir
Haqq-ədalət olmazsa Alilər devrilmək təhlükəsindədir
Sadəlikdədir ucalığın kökü
Alçağdadır ucaldılanın özülü
Buna görə Alilər özlərinə “yazıq”, “yetim” deyərlər.
Bununla mı sadəliyə köklənirlər? Xeyir.
Lakin əzəmətlilik də hələ ucalıq deyil.
Buna görə
Nə yaşmanın şərəfi gərəkdir,
nə də ki gəmbər daşın qabalığı.