34
Ey hər yana aşıb-daşan Yol!
Solda olduğu qədər sağdadır!
Hər bir varlıq Ondan əmələ gəlir və Ona uyğun olmaqdan qaçmır
Hər şeyi yaradır, lakin nəinki məşhurdur – heç adı da yoxdur
Hər şeyi bəsləyir və bəzəyir, lakin hökm sürməyə niyyəti yoxdur
Görünməzdir, lakin deyərsən mi Ona cüzi?
Bütün varlıqlar Ona qayıdır, lakin O özünü onların sahibi bilmir
Buna görə deyirlər Ona Böyük!
Arif Aqil iş tərzini bu örnəkdən alar
Özünü qabağa verməyərək uğur tapar