25
Birbaşa Xaosdan yaranmış – qeyri-müəyyən, formasız.
Yer-Göydən doğulmamış – olub onlardan əvvəl.
Səssiz! Səthsiz!
Təkdir və dəyişməzdir – nə əvvəli var nə axırı.
Hər tərəfə uzanır və tükənməzdir – qarşısı yoxdur.
Yer-Göyün Ulu Anasına bənzər
Bilmirəm Adını
İşarə edərək deyirlər Ona Haqq Yolu
Ad vermiş olsam, deyirəm ona Böyük
Böyükdür – deməli Sezilməzdir
Sezilməzdir – deməli hüdudsuzdur
Hüdudsuzdur – deməli zidd əksləri birləşdirir
Buna görə də
Yol Böyükdür
Göy Böyükdür
Yer Böyükdür
İnsan da Böyükdür
Kainatda dördü Böyükdür – İnsan da onlardan biridir
Adamın qanunu Yerdəndir
Yerin qanunu Göydəndir
Göyün qanunu Yoldandır
Yolun da ki qanunu Özündəndir