78

Dünyada su qədər yumşaq və üzüyola olan bir şey yoxdur,

Amma bərk və möhkəm bir şeyi oymaqda da onun bərabəri yox,

O yenilməzdir!

 

Yumşaqlıq bərkliyə qalib gələr,

Üzüyola olan inadkara qalıb gələr,

Dünyada bunu bilməyən yoxdur,

Amma buna əməl edən də yoxdur.

 

Buna görə Arif Aqil buyurur ki,

Vətəninin çirkini alana “dövlətin ağası” deyərlər,

Ölkənin qadasını alana “dünyanın hakimi” deyərlər.

 

Doğru kəlmə ziddiyətə bənzər.

<<                                                                                                                                       >>

Make a free website with Yola