73 

Cəsarətini cürət etməyə yönəldən – öldürər,

Cəsarətini cürət etməməyə yönəldən – yaşayar.

Bunların ikisidə gah xeyirdir, gah ziyan.

 

Göylər qəzəblənəndə – kim bilər səbəbi nə?

Bu məsələdə Arif Aqil də çətinlik çəkir.

 

Göylərin Yolu budur:

Heç mübahisə də etmir, amma əcəb qalib gəlir,

Heç dinmir də, amma əcəb cavab verir,

Heç dəvət etmir, amma hər şey özü qayıdır,

Necə də səxavətlidir ki, hər kəsin qisməti var.

 

Göylərin toru hədsiz-hüdudsuzdur,

Geniş gözlüdür, lakin bir kəsi qaçırtmaz.

<<                                                                                                                                       >> 

Make a free website with Yola