64 

Rahat duranı saxlamaq asandır,

Hələ ki meydana çıxmayanı düzəltmək asandır,

Kövrək olanı qırmaq asandır,

Xırda olanı səpələmək asandır.

 

İşini o yerdə gör ki, hələ bir şey meydana çıxmayıb,

Qaydanı o yerdə qoy ki, hələ bir nasazlıq yoxdur.

 

Gövdəsi bir qucum olan ağac xırdaca bir zoğdan başlayır,

Hündürlüyü doqquz qat olan qala bir kəsək torpaqdan başlayır,

Min ağac uzunluğunda belə olan yol bir addımdan başlayır.

 

Fəal məşğul olan – zərər çəkər\yetirər,

Tutub saxlayan – itirər.

 

Buna görə də Arif Aqil biəməldir və zərər çəkmir\yetirmir,

Heç bir şeyi tutub saxlamır və heç itirmir.

 

Çox vaxt insanlar bir işi həvəslə başlayır,

lakin axırına az qalmış müvəffəqiyyətsizlik ilə rastlaşırlar.

 

Onlar o vaxt müvəffəqiyyət tapar ki,

işin həm əvvəlində həm də axırında diqqətli və ehtiyatlı olar.

 

Buna görə də Arif Aqilin yeganə istəyi – istəklərin olmamasıdır,

və o çətin tapılan əşyaları dəyərli hesab etmir;

 

O digərlər öyrənmədiklərini öyrənir,

və digərlər yan keçdiklərinə diqqət edir;

 

Beləliklə, o hər şeyin təbii ozül-özəyinə riayət edir

və təsir göstərməyə ehtiyat edir.

<<                                                                                                                                       >> 

Make a free website with Yola