55


Kəraməti dolğun olan insan körpə uşağa bənzər:

Arı, əqrəb, ilanlar onu vurmaz,

Yırtıcı heyvanlar onu tutmaz,

Alıcı quşlar onu aparmaz.

 

Sümükləri yumşaq, əzələləri zəif, amma tutanda bərk yapışır.

Cinslərin əlaqəsindən xəbəri yox, amma ərkək gücü onda var, çünki toxumu artıq bütövdür.

Bütün gün qışqırır, amma səsi batmır, çünki ahəngi bütövdür.

 

Ahəngi duymaq – budur sabitlik,

Sabitliyi duymaq – budur aydınlıq,

Həyatı artırmaq – budur xoşbəxtlik,

Qəlbində ruhu bəsləmək – budur qüdrət.

 

Bir kəs yetkin olaraq üzülürsə – o Yolunda deyil,

Yolunda deyilsə – demək sonu yaxındır.

<<                                                                                                                                        >> 

Make a free website with Yola